Sağlamlıq

Bu qadınlar gec qocalır

18 İyun 2017 21:25
3 Şərh     Baxış: 3 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günəş vannası qəbul edən qadınlar daha uzunömürlü olur.

Milli.Az xəbər verir ki, İsveçin Karolinska Universitet Xəstəxanası və Lund Universiteti tərəfindən aparılan araşdırmada məlum olub ki, tez-tez günəş vannası qəbul edən qadınlar günəş altında dayanmağı sevməyənlərlə müqayisədə daha çox yaşayır.
20 il ərzində 29 min 518 qadın arasında aparılan araşdırma göstərib ki, günəş vannası ürək, xərçəngi çıxmaq şərti ilə digər xəstəliklərin yaranma riskini azaldır. Araşdırma qrupunun rəhbəri həkimi Pelle Lindqvistin sözlərinə görə, günəşdən qaçmaq siqaretlə eyni mənfi təsirə bərabərdir.

Günəş vannası dəri xəstəlikləri riskini azaltdığını göstərib.

Mütəxəssislər günəşə çıxmazdan 30 dəqiqə əvvəl günəş şüalarına qarşı qoruyucu krem sürtməyi təklif edib və günorta 11:00 ilə 15:00 arasında güclü günəş şüalarına məruz qalmamağı məsləhət görüb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.