Sağlamlıq

Üzdəki qara nöqtələri təmizləyən ÜSUL - FOTO

25 May 2017 20:18
1 Şərh     Baxış: 6 079
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox qadının yaşadığı gözəllik problemlərindən biri də üzdə olan qara nöqtələrdir. Bu problemdən xilas olmaq isə elə də çətin deyil. Ev şəraitində üzünüzdə olan qara nöqtələrdən xilas ola bilərsiniz. Bloqqer Sukhi Mann diş ipi ilə üzdəki qara nöqtələri təmizləmək üsulunu 74 min izləyicisi olan instagram hesabında paylaşdı. Videonu bir milyondan çox adam izlədi.

Milli.Az Ailem.az-a istinadla üzdəki qara nöqtələri təmizləyən həmin üsulla xanımları tanış edir.

Bunun üçün ehtiyacınız olan vəsaitlər:

- İsti su

- Dəsmal

- Diş ipi

- Tonik, gül suyu və ya ağız təmizləmə suyu

1. Dəsmalı isti suyla isladın.

2. İslaq dəsmalı 5 dəqiqə ərzində problemli bölgəyə basıb saxlayın. İstiliklə məsamələr açılacaq.

3. Diş ipini yüngülcə sürtərək qara nöqtələri təmizləyin.

4. Yağların diş ipinə yığıldığını görəcəksiniz.

5. Pambıqla həmin yeri tonik, gül suyu və ya ağız təmizləmə suyu ilə silin.

Qeyd: Dəriniz həssasdırsa, ağız təmizləmə suyundan istifadə etməyin! Tonik istifadə etdikdən sonra üz dərinizi nəmləndirin! 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.