Sağlamlıq

Bahar fəslində yaranan yorğunluqdan necə xilas olaq?

23 May 2017 17:17
Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baharda insan bədənindəki xəstəliklər üzə çıxır, yorğunluq və halsızlıq insanı əldən salır. Bəs bahar aylarında yaranan yorğunluqdan necə xilas ola bilərik?

Mütəxəssislər yaşıl çay, cökə, çobanyastığı, razyana və melisa otunun yorğunluğu aradan qaldırdığını bildirirlər. Bəzi bitkilər həzm sistemi, halsızlıq, yuxusuzluq, başağrısı kimi xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, yaz aylarında qara çay yerinə, yaşıl çay daha faydalıdır. 

Melisa bitkisi antiseptik xüsusiyyətə malik olduğundan yuxu pozğunluğunu aradan qaldırır, həmçinin həzmi yaxşılaşdırır.

Cökə isə baş ağrılarına qarşı çox yaxşı təsir edir. Həzmi yaxşılaşdırır, bir sözlə, bahar yorğunluğuna qarşı son dərəcə müsbət təsir edir. Onların çiçək və yarpaqları qurudulur, dəmlənilərək içilir.

Çobanyastığı isə bağırsaq və mədə üçün çox əhəmiyyətlidir. Bu bitki də həzmi yaxşılaşdırır.

Razyananı isə qurudulmuş formada mağazalardan əldə etmək mümkündür. Razyana sakitləşdirici xüsusiyyətə malikdir. Bahar aylarında gərgin iş rejimində yorğunluğu aradan qaldırmaq üçün əla vasitədir. Bu bitkilərin üzərinə isti su əlavə edib dəmləməsini gözləyin. Qaynatmaq olmaz, əks halda təsirini itirir.

Bu və digər sağlıq mövzuları ilə ətraflı tanış olmaq istəyirsinizsə, Rəna Bayramqızının təqdimatında Lider TV-də yayımlanan "Sağlam nəsil" verilişini izləməyi unutmayın.

"Sağlam nəsil" Lider TV-də şənbə günü saat 15:00-da. https://www.youtube.com/c/saglamnesil

https://www.facebook.com/SaglamNesil/?fref=ts

Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz.
Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.