Sağlamlıq

Bu meyvə xərçəngin qarşısını alır - BİLMƏDİYİNİZ FAYDALARI

22 May 2017 21:14
0 Şərh     Baxış: 1 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada aparılan bir araşdırma qadınların hər gün 10 ədəd çiyələk yeməli olduğunu ortaya qoyub.

Bəs niyə?
 
Araşdırmaya görə, hər gün 10-15 ədəd çiyələk yemək döş xərçənginin yaranmasının və mövcud şişlərin yayılmasının qarşısını alır. Çiyələyin tərkibindəki elastik asit və antosiyanin maddələri şişlərə qarşı mübarizədə mühüm rol oynayır.
 
Milli.Az ailem.az-a istinadən çiyələyin digər faydalarını da təqdim edir.
 
- Faydaları sırasında ilk olaraq C vitamini ilə zəngin olması gəlir. 8 ədəd çiyələk yeyərək, gündəlik C  vitamini ehtiyacını qarşılaya bilərsiniz.
 
- Pis xolesterolu azaldır.
 
- Xəstəliklərə qarşı bədən müqavimətini artırır. Xərçəngə qarşı qoruyur, alzheimer xəstəliyinin riskini azaldır, ürək və damar sağlamlığını qoruyur.
 
- Yaşlanmayla bağlı problemlərin qarşısını alan antioksidant tərkiblidir.
 
- Şəkər xəstələri çiyələk yeməkdən ehtiyat etsələr də, bir kasa çiyələkdən ziyan gəlməz. Üstəlik qan şəkərini qoruyur.
 
- Xroniki qəbizlik probleminə qarşı faydalıdır.
 
- Dəri üçün faydalı olan çiyələk tərkibindəki C vitamini sayəsində dəri quruluğu, qırış kimi problemlərin qarşısını alır.
 
- Sümüyü möhkəmləndirən fermentlərin istehsalında manqanez əhəmiyyətli rola malikdir. Çiyələyin tərkibində bu mineral var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.