Sağlamlıq

Səhər baş ağrılarının 8 SƏBƏBİ

19 May 2017 21:09
2 Şərh     Baxış: 2 684

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, adətən yuxudan oyandıqdan sonra insan özünü gümrah və dincəlmiş hiss edir. Lakin bəzən biz baş ağrısı ilə oyanırıq.

Bunun səbəbi nə ola bilər?
- Yuxusuzluqdur. Yuxuya gec getmək, narahat yuxu, gecə yuxudan tez-tez oyanmaq kimi hallar səhər baş ağrılarının əsas səbəbidir.
- Həddindən artıq yatmaq. Bu da səhər baş ağrılarına səbəb ola bilər.
- Narahat yastıq. Çox böyük və ya çox kiçik yastıqda yatan insanın boyun fəqərələri damarları sıxa bilər ki, bunun nəticəsində beyinin qan dövranı pozulur və bu da səhər baş ağrılarına gətirib çıxardır. Yastıq insanın çiyni enində olmalıdır, baş yuxu zamanı nə önə, nə də arxaya əyilməməlidir.
- Saçları uzun olan bəzi qadınlar yatmazdan əvvəl saçlarını yığır. Saçlar çox sıx yığılıbsa, bu da səhər baş ağrılarına səbəb ola bilər.
- Yatmazdan əvvəl çoxlu yemək yemək.
- Susuzlaşma. Yuxu zamanı insanda susuzlaşma inkişaf edir. Susuzlaşma isə baş ağrılarının əsas səbəblərindən biridir. Mütəxəssislər yatmazdan əvvəl və oyandıqdan dərhal sonra 1 stəkan su içməyi tövsiyə edir.
- Yuxu zamanı xoruldamaq. Elmi dildə buna "apnoe" deyilir. Xoruldayan insanda yuxu zamanı nəfəsalmanın bir neçə saniyəlik dayanması müşahidə olunur ki, bunun nəticəsində beyində hipoksiya (oksigenin çatışmazlığı) inkişaf edir. Nəticədə insan səhər özünü yorğun hiss edir, baş ağrılarından əziyyət çəkir.
- Depressiya. Bu ağır nevroloji pozulma gizli inkişaf edir və uzun müddət ərzində aşkar olunmaya bilər.
Mütəxəssislər tez-tez təkrarlanan səhər baş ağrılarını təhlükəli simptom kimi qiymətləndirir və belə insanlara həkimə müraciət etməyi tövsiyə edirlər.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Efqan · 19 May 21:4911

    Herden seherler başim agrayir . Xoruldamiram , gejeler yemirem , saçlarimda uzun deyil . Anjaq geje tez tez dururam . Ondan olajaq

    Cavab yaz
  • Anonim
    user · 19 May 22:0231

    Səhər baş ağrılarının 1 nomabarelı nedenı pul ver pul ver deye xıcqıran arvad dırdırı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.