Sağlamlıq

Az yatanlar niyə çox yeyir?

24 May 2017 22:10
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə az yatmağın insanın gündəlik həyatına, işlərinə təsir etməsi sübuta ehtiyacı olmayan gerçəklikdir. Bəs az yatanların çox yeməsi arasında bir əlaqə ola bilərmi?

Milli.Az bildirir ki, bu suala Lids Universitetinin professor Elanor Skotun araşdırması əsasında cavab verəcək.

Alim bunu üçün bir qrup könüllü seçib. Həmin şəxslərin fiziki aktivlikləri və qandakı şəkərini ölçmək üçün bədənlərinə cihaz yerləşdirilib.

Onların ki gecə normal və iki gecə 3 saat az yatdıqdan sonra cihazdakı göstəricilər təhlil edilib.

Az yatdıqları günlərdə qandakı şəkərin azaldığı müşahidə edilib. Alim deyir ki, bu zaman həmin insanlarda şirniyyat yemək istəyi artır. Səhər yeməyində belə özlərini o qədər ac hiss edirlər ki, stoldakı hər şeyi yemək istəyirlər.
Hətta tam sağlam insanlar belə qanında şəkər birdən-birə ikinci tip diabet səviyyəsində olub.

Nəticədə alim belə qənaətə gəlib ki, gecə 7 saatdan az yatan insanlarda artıq çəkyə və ikici tip diabetə rast gəlmə faizi yüksək olur. Çünki az yatmaq birbaşa hormonlara təsir edir. İnsanı daha ac hiss etdirir. Bu insanlar daha çox şirniyyat yemək istəyir. Yatmalı olduğunuz saatda yatmırsınızsa, bu zaman bədəndə stress hormonu da yüksəlir, bu növbəti günlərdə qandakı şəkərin miqdarına təsir edir.

Bunu öz üzərinizdə də təcrübə edə bilərsiniz gecə gec yatdığını günlərdə daha çox yemək istədiyinizi görəcəksiniz. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.