Sağlamlıq

Ailəsində görmə patologiyaları olan uşaqların...

15 May 2017 23:10
1 Şərh     Baxış: 1 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göz xəstəliklərinin bir çoxu uşaq yaşlarında meydana çıxır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu səbəbdən erkən diaqnozun qoyulması və düzgün müalicənin seçilməsi çox vacibdir. Uşaqların gözlərini qorumaq üçün onları bir yaşında, məktəbə başlamazdan əvvəl və təhsil müddətində mütəmadi olaraq göz müayinəsindən keçirmək lazımdır. Lakin istisna hallar da var. Misal üçün uşaqda uzağa baxanda gözlərini qıyma, gözdə çəplik, qızarıqlıq, sulanma, çox qaşınma, əşyalara yaxın məsafədən və ya başını əyərək baxma, göz bəbəyinin ağ görsənməsi halları müşahidə olunarsa dərhal həkimə müraciət edilməlidir. Bundan əlavə yarımçıq doğulmuş və ailəsində görmə patologiyaları olan uşaqların da oftalmoloq müayinəsindən keçmələri vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.