Sağlamlıq

Ağciyər xərçənginin qarşısını alan içki - SADƏ RESEPT

15 May 2017 22:40
6 Şərh     Baxış: 2 181

Xərçəng, xüsusilə ağciyər xərçəngi dünyada ən çox ölümə səbəb olan ürək-damar xəstəliklərindən sonra ikinci yerdə gəlir. Hər il təxminən 10 milyon insana xərçəng diaqnozu qoyulur, 8 milyon insan isə xərçəngdən həyatını itirməkdədir. 2020-ci ildə isə bir ildə xərçəngə tutulan insanların sayının 15 milyondan çox olacağı təxmin edilir. 

Xərçəng bədəndə olan xərçəng hüceyrələrinin böyüməsi və inkişafı nəticəsində yaranan xəstəlikdir. Xərçəngin yaranmasına səbəb olan faktorlar arasında qeyri-sağlam qidalanma, siqaret istifadəsi, stress, infeksiya xəstəlikləri, spirtli içkilər və gigiyena şərtləri yer tutur. Dünya həkimləri bu xəstəliyin tam müalicəsi ilə bağlı müxtəlif araşdırmalar aparsalar da, xərçəngin dərmanı hələ də tapılmayıb.

Buna baxmayaraq, mütəxəssislər xərçəngin qarşısını almaq üçün qidalanmaya fikir verməyi mütləq hesab edirlər.
  
Milli.Az ailem.az-a istinadən türkiyəli dietoloq Aişə Tuğba Şengelin xərçəng təhlükəsi və onun qarşısını almağın yolları ilə bağlı fikirlərini təqdim edir. Həkim deyir ki, ideal çəkidə olmaq, sarımsaq, brokoli, gül kələm, brüssel kələmi, soğan yeməyi artırmaq, quru paxla, tam taxıllı məhsullar kimi lif qaynaqlı qidalar yemək, tərəvəz, meyvə yeməyi çoxaltmaq, qızartma, qovurma, hazır qidalardan uzaq dayanmaq xərçəngə tutulma riskini azalda bilər: "Aparılan araşdırmalar ən çox ağciyər xərçənginin üstünlük təşkil etdiyini göstərir. Xərçəngin bu növünün yaranmasının ən böyük faktoru isə siqaret çəkməkdir. Siqaret hər il təxminən 4,5 milyon insanın ölümünə səbəb olur. Bu rəqəm 2020-ci ildə 7,5 milyona çata bilər. Siqaret bədənin müdafiə sisteminə təsir edir və immunitet sistemini aşağı salır. Buna görə də siqaret çəkən insanların antioksidan qaynağı olan A, C və E vitaminləri ilə zəngin qidalanmaları şərtdir".
 
Mütəxəssis ağciyər xərçənginə düşmən olan antioksidant tərkibli içkidən də bəhs edib. Dietoloqun məsləhət gördüyü içkinin hazırlanma qaydası ilə sizi də tanış edirik.
 
Ərzaqlar:
 
- Fındıq böyüklüyündə təzə zəncəfil
- 4-5 budaq tərə
- 1 diş sarımsaq
- 1 stəkanı qaynadılmış keçibuynuzu suyu
 
Hazırlanması:
 
Bütün vəsaitləri 1 stəkan qaynadılmış keçibuynuzu suyuna qarışdırıb blenderdan keçirin. Həftədə 1 dəfə içə bilərsiniz.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    TERE HANSI GOYERTIDIR · 15 May 23:4500

    TERE HANSI GOYERTIDIR//?

    Cavab yaz
  • Anonim
    ROBSHEN · 15 May 23:4610

    HEC OLMASA WEKILINI QOYARDUZ.?

    Cavab yaz
  • Anonim
    cavab · 16 May 00:0910

    mence bizde vezeri deyilir Yani acitere

    Cavab yaz
  • Anonim
    Hemide xanim · 16 May 03:0300

    Tere vezerider, bes keibuynuzu suyunu haradan tapmaq olar?

    Cavab yaz
  • Anonim
    Aydlndl · 16 May 07:3900

    Kewlada bazarda satlrlar.Lenkeranda tereden bir yemek biwirirler chox dadli olur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.