Sağlamlıq

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

24 Aprel 2017 23:18
0 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tomsk Dövlət Universitetinin alimləri insan sağlamlığının vəziyyəti və xəstəliklərə qarşı meyli haqqında məlumat verən saçın kimyəvi analizinin yeni üsulunu tapıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, saçın spektral analizi üsulu insan orqanizmində həyati əhəmiyyətli mikroelementlərin konsentrasiyasını müəyyən etməyə imkan verir. Onların disbalansı uzun müddət gizli şəkildə davam edən müxtəlif xəstəliklərin inkişafına səbəb olur. Sözügedən metod bir dəfəyə 30 kimyəvi elementin konsentrasiyasını müəyyən etməyə imkan verir.

Yeni üsul artıq öz səmərəliliyini göstərib. Belə ki, alimlər işemik insult keçirmiş pasiyentlərin saçının analizini apararaq qanın element tərkibinin dəyişdiyini, toksik elementlər olan kadmium və qurğuşunun konsentrasiyasının artmasını və sinkin konsentrasiyasının azalmasını aşkar ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.