Sağlamlıq

Kahı yemək üçün 7 SƏBƏB

21 Aprel 2017 23:01
5 Şərh     Baxış: 3 145

Yaz aylarında insan orqanizmi vitamin və mineral çatışmazlığından əziyyət çəkir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu vəziyyətdə zəngin vitamin-mineral mənbəyi olan kahı bizə çox yaxşı kömək edə bilər.

Kahının faydaları saymaqla bitməz.

1. Kahı qan sistemi üçün çox faydalıdır, anemiya zamanı yaxşı kömək edir. Onun tərkibində çox az məhsullarda rast gəlinən fol turşusu var. Fol turşusu qanyaratma prosesləri üçün çox vacibdir.
2. Hamilə qadınlar üçün fol turşusu ən vacib vitamin sayılır. Sübut olunub ki, fol turşusu dölün sinir sistemində qusurların inkişafının qarşısını alır.
3. Təbii liflərlə zəngin olan kahı bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir, həzm proseləri yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Kahı arıqlamağa da kömək edir ki, bu səbəbdən diyetoloqlar bu yarpaq tərəvəzi pəhrizlərdə tez-tez istifadə edir.
4. Kahı qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir və bu səbəbdən şəkərli diabet xəstəliyi olan insanlar üçün çox faydalıdır.
5. Kahı insanın sinir sisteminə də müsbət təsir edir, yuxunu tənzimləyir.
6. Öskürək və bronxit zamanı kahı şirəsi çox yaxşı bəlğəmgətirici təsir edir.
7. E, A, C kimi antioksidant-vitaminlərlə zəngin olan kahı orqanizmdə gedən qocalma prosesləri ləngidir.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    bakili · 21 Aprel 23:1930

    kahi xeyirlidir faydalidir amma gerek yemezden evvel yaxwi yaxwi yuyasan kahini cunki mikrob cox olur uzerinde

    Cavab yaz
  • Anonim
    Efqan · 21 Aprel 23:2770

    Kahi xoşluyuram . Toyda salatlarin altindan dartib çixardiram )

    Cavab yaz
  • Anonim
    Kabab Yelləyən · 21 Aprel 23:5410

    Yumaq üçün qabdaki suya bir damcı yod damızdırmaq lazımıdı. Onda mikroblar ölər.

    Cavab yaz
  • Anonim
    Cicek · 22 Aprel 00:1000

    Cox xowlayiriq ,atam hemiwe,alir

    Cavab yaz
  • Anonim
    ........ · 22 Aprel 00:2600

    Kahidan zeherlenmiw kimi olmaq olar? Indi ewitdim bir neferden yeyib hali pislewib.Özüm de kahi yeyenem deye qorxdum.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.