Sağlamlıq

Çoxumuzu gözləyən TƏHLÜKƏ: maddələr mübadiləsi zəifləyir, əzələ boşalır...

21 Aprel 2017 22:14
1 Şərh     Baxış: 1 792

Mütəxəssislər "aktiv olun", "idman edin", "gəzin" desə də, biz yenə də oturmağa davam edirik. Hələ də hərəkət etməkdən qaçırıq. Yaxın məsafələrə piyada getmək yerinə maşınla getməyə üstünlük veririk. Həftədə ən az 150 dəqiqə etdiyimiz idman da bizi aktiv olmayan bir həyatın zərərlərindən qorumur.

Milli.Az lent.az-a istinadən hərəkətsiz yaşamın təhlükələrini sadalayır.

Biz oturarkən bədənimizdə bunlar olur
 
Hərəkətsiz bir həyatın ilk ağrılı nəticəsi qazandığımız artıq çəkilərdir. Artıq çəkili olmaq, yəni piylənmə problemi uzun müddət oturan insanların başlıca problemlərindəndir. Gündə 360 dəqiqədən çox otursanız, piylənmə problemindən qaça bilməyəcəksiniz.
 
Uzun müddət və yanlış oturmaq onurğa quruluşunu da poza bilər. Boyun və kürək quruluşu düzgün deyilsə, üstəlik oturuşa diqqət edilməsə, ağciyərlər yaxşı havalanmaz. Yetərincə oksigen qəbul etməyən bədəndə isə baş ağrıları daha çox olur.
 
Daha çox oturaq həyat sürmək bədəndə qan təzyiqi və qan şəkərinə mənfi təsir edir, bədənin yağ parçalama funksiyasını pozur və maddələr mübadiləsini yavaşladır. Sümük yoğunluğunu azaldır, əzələlərin aktivliyinə mənfi təsir edir. Oturarkən baldır əzələləri zəiflədiyindən çox yeriyərkən tez yoruluruq.
 
8 saatdan çox oturmaq pis xolesterolu artırır, ürək damar problemlərinə, şəkər xəstəliyinə də səbəb olur. Hətta hərəkətsiz yaşam xərçənglə də nəticələnə bilər.
 
Nələr edilə bilər?
 
Bu halın əks təsirlərindən qurtulmaq üçün həyatımızda bəzi dəyişikliklər etməliyik. Kiçik yaşdan etibarən uşaqlar üçün mümkün qədər uşaq arabası, körpə daşıyıcıları istifadə etməyin.
 
Yetkin adamlar isə kompüter, televizor önündə az vaxt keçirməlidir.
 
İşi oturaq olanlar fasilələrlə ayağa qalxıb otaqda gəzməli, mümkünsə, açıq havaya çıxıb təmiz hava almalıdır.
 
Qısa məsafələri maşınla getmək əvəzinə piyada gedin. Piknik, təbiətdə gəzinti, velosiped sürmək, üzgüçülük kimi işlərlə məşğul olun.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    2017 · 22 Aprel 07:2400

    Hereket cox derde devadir hereketsizlik xestelik yaradir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.