Sağlamlıq

Ürəyi və qaraciyəri möhkəmləndirən, xərçəngdən qoruyan ŞƏFAVERİCİ QARIŞIQ

21 Aprel 2017 21:51
0 Şərh     Baxış: 3 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbabət bizə sağlam olmaq üçün çoxlu şəfaverci vasitələr bəxş edib. Meyvə-tərəvəz, çərəzlər, tumlar, taxıllar əsl şəfa mənbəyidir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, daim təbii məhsullarla qidalanan insan öz sağlamlığını qoruya və ömrünü uzada bilər.

Küncütlə balın qarışığı əsl şəfaverici qarışıq adlandırmaq olar. Bu 2 faydalı kompotent fantastik xüsusiyətlərə malik olan təbii müalicəvi və profilaktik vasitə əmələ gətirir.
Şərqdə bu vasitə ilə cinsi zəifliyi və impotensiyanı müalicə edir, qadın xəstəlikləri müalicə edir, qadınlarda hamilə qalmaq ehtimalını artırırdılar.
Küncütlə balın qarışığı qaraciyər üçün də olduqca faydalıdır - qaraciyəri möhkəmləndirir, qaraciyər  xəstəliklərinin qarşısını alır.
Bu qarışıq sümükləri və oynaqları möhkəmləndirir, sümük toxumasının azalmasına mane olur. Bu səbəbdən uşaqlar və yaşlı insanlar üçün bu qarışıq xüsusilə faydalıdır.
Bu qarışıq orqanizmin tonusunu artırır, əlavə güc verir, xəstəlik və ya cərrahi əməliyyatdan sonra orqanizmin bərpasını sürətləndirir.
Qarışıq beyinin fəaliyyətini yaxşılaşdırır, beyini cavanlaşdırır.
Küncütlə balın qarışığı ürək və damarlarımızın sağlamlığını qoruyur, aterosklerozun və bununla bağlı olan infarkt və insultun riskini azaldır.
Şəfaverici qarışıq xəçəng xəstəliklərinin əla profilaktikasıdır.
Küncütlə balın qarışığını hazırlamaq üçün eyni miqdarda küncüt və bal götürülür (məsələn, 1 stəkan küncüt və 1 stəkan təbii bal). Küncüt üyüdülür və balla yaxşı qarışdırılır.  Qarışığı səhər və axşam 1 x.q. olmaqla yeməkdən 20 dəqiqə əvvəl qəbul edin. Hazır qarışığı sərin yerdə saxlayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.