Sağlamlıq

Gözümüz niyə səyriyir? - SƏBƏBLƏRİ

17 Aprel 2017 22:49
10 Şərh     Baxış: 3 179

Hər kəsin gözü bir neçə dəfə səyriyə bilər. Göz səyriməsi insanın özündən asılı olmayan əzələ hərəkətidir. Bəs bu halın baş verməsinə səbəb nədir?

Milli.Az lent.az-a istinadən bununla bağlı mütəxəssislərin rəyini təqdim edir.

Stress və yorğunluq əlaməti
 
Göz səyriməsi əsasən əzələlərin yorulduğundan xəbər verir. Saatlarla gözlərinizi qırpmamısınızsa və yuxu vaxtınız keçibsə, göz qapaqlarınızdakı əzələlər zəifləməyə başlayır. Stressli və narahat olduğunuz zamanlarda da göz qapaqlarınızda ani bir adrenalin meydana gələ bilər.
 
Çox kafein qəbulu
 
Qəhvə, bəzi çaylar, enerji içkiləri və bir çox qazlı içkilərdə olan kafein bədənin yatıb dincəlməyin lazım olduğunu xəbər verən kimyəvi siqnalları rədd etməsinə səbəb olur. Yetərli miqdarda kafein sizi canlandırar, ancaq çoxu gözlərdəki kiçik əzələləri titrədir.
 
Göz infeksiyası əlaməti
 
Gözləriniz bir anda səyirməyə başladısa, konyuktivit kimi göz infeksiyası əlaməti ola bilər. Göz infeksiyalarında göz qızarar, iltihablanır və qaşınır. Bu qaşıntı və irritasiya göz ətrafına və göz qapaqlarına da təsir edir.
 
Siqaret və spirt asılılığının təsiri
 
Hər hansı bir şeyə asılı olmaq sağlamlığa mənfi təsir edər. Siqaretdə olan nikotin ürək əzələlərinin boşalmasına yol açır. Gözləriniz də buna daxildir. Bu səbəbdən də bütün bədəndə əzələ səyriməsi olur. Spirt də bütün əzələləri zəiflədir və boşaldır. Bu, göz əzələlərini yorur.
 
Gözünüzdə xarici maddə ola bilər
 
Gözünüzdə xarici maddə varsa, bədəniniz onu atmaq üçün hər şeyi edəcək. Bu avtomatik simptomlardan bir dənəsi də göz səyirməsidir. Gözləriniz bir anda qaşınmağa, sulanmağa və səyriməyə başladısa, demək, həkimə müraciət etməlisiniz. Gözləriniz səyridikdə ovalamayın. Çünki bu, gözünüzə zərər verir.
 
Distansiya
 
Distansiya əzələlərin istənilmədən qasıldığı ciddi bir hərəkət pozuqluğudur. Gözə təsir edən blefarospazm adlı spesifik distansiya növü var. Blefarospazm ümumiyyətlə, nəzarətsiz göz qırpma ilə başlayır. Bu hal da tibbi yardım tələb edir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Xanım · 17 Aprel 23:0000

    10 gündü səriyir məndə çarə bilən varsa yazsın xahiş edirəm nə edirəm keçmir

    Cavab yaz
    • Anonim
      Umrao · 18 Aprel 00:2120

      Goz seyrimesi pis bir hadisenin bash vereceyini bildirir deyilene gore.Qirmizi ip,sap,parca qoymaqla seyrime kecir ve belelikle belanin qarshisi alinir ) Tebiiki bu dogru deyil.Sebeb eslinde yuxarida qeyd edildiyi kimidi.Sadece men ozum bu inanca emel edirem ve xeyrini gorurem)Hetta gozum seyrimeye bashlayanda qorxudan o qeder heyecan kecirirem bildiyim surelerden oxuyuram imkan qeder.Pis hadise bash vermesin deye.Bile bile ki bu cahillikdi,yalandi,yene de beynime hekk olunmush bu gulunc verdishden cekine bilmirem.

      Cavab yaz
  • Anonim
    Roma · 17 Aprel 23:1300

    Distoniya yazılmalıdır.

    Cavab yaz
    • Anonim
      huseyin · 17 Aprel 23:4100

      sag ol Roma duzeltdin yanlisi mende deyirdim bu nedir sehv yazib nedeki savadsizdir

      Cavab yaz
  • Anonim
    Tovuzlu E · 17 Aprel 23:1620

    Göz səyriməsi olanda gözün üstünə qırmızı sap qoy deyirdilər Bəlkə də mən dediyim başqa şeydi

    Cavab yaz
    • Anonim
      Tebiet · 17 Aprel 23:3410

      Salam Tovuzlu. Mən də elə bilirdim.

      Cavab yaz
      • Anonim
        Tovuzlu E · 17 Aprel 23:4310

        Salam Deyəsən yanlış bildirmişik)

        Cavab yaz
  • Anonim
    Anonim · 17 Aprel 23:3810

    Mende 1 ay seridi.axirda eseb hekimin meslehet gorduler.B6 tableti yazdi .onlada kecdi.

    Cavab yaz
  • Anonim
    Anonim · 18 Aprel 17:3410

    Salam. Mən tanıdığım bır adam var gözü səyriyəndə gözünün üstünə qırmızı kələm turşusu qoyur)))))))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.