Sağlamlıq

Gec yaşda ana olmağın ÜSTÜNLÜKLƏRİ

29 Mart 2017 13:55
2 Şərh     Baxış: 2 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarkanın Orxus Universitetinin alimləri gec yaşda ana olmağın bir çox pozitiv cəhətlərini müəyyənləşdiriblər.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, ekpsertlər bunun üçün 4741 qadını müşahidə ediblər.

Araşdırmalar zamanı 7, 11 və 15 yaşda olan uşaqların analarının yaşına münasibəti öyrənilməyə çalışıb. Nəticələrə əsasən, gec yaşda uşaq doğan qadınların hamiləliyi problemsiz keçir, onların uşaq itirmə yaxud vaxtından əvvəl doğuş etməsi ehtimalı aşağı olur.
 
Gec ana olan qadınlar uşaqlarını daha az danlayır, belə uşaqlarda emosional, sosial və davranış problemləri daha az müşahidə olunur. 
 
Həmçinin, belə qadınlar hamiləlik müddətinə daha təmkinli olur, analıq öhdəliklərini asan icra edirdilər.
 
Orxus Universitetinin alimlərinin fikrincə, gec yaşda ana olan qadınlar daha stabil münasibətlərdə olur, ali təhsilli və gənc analara nisbətən daha çox resursa malik olurlar.  

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.