Sağlamlıq

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:45
0 Şərh     Baxış: 3 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vitamin və minerallar orqanizmdə olduqca böyük rol oynayır, müxtəlif vacib proseslərdə iştirak edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, nəticədə onların kəskin çatışmazlığı müxtəlif ciddi pozulmalara səbəb olur. Bu pozulmalar arasında - immun sisteminin zəifləməsi, ürək-damar, sinir, endokrin sistemində pozulmalar, qanazlığı, dəri, saç və dırnaqların vəziyyətinin pisləşməsi və s.

Vitamin və mineralların əsas hissəsi orqanizmdə toplanmır və bu o deməkdir ki, insan onları daim qəbul etdiyi qidadan almalıdır.
Yazda bir çox insanlar vitamin və mineral çatışmazlığından əziyyət çəkir.
Bu pozulmanın əsas simptomları bunlardır:
- Daim yorğunluq, əsəbilik, yaddaşın və diqqətin azalması
- Damaqların qanaması
- Dodaqların qıraqlarında çatların əmələ gəlməsi
- Üz dərisinin quru və solğun olması, qabıq vermə, sızanaqlar, furunkullar
- Gecə vaxtı yuxusuzluq, günorta vaxtı yuxululuq
- Saçların güclü tökülməsi
- Tez-tez təkrarlanan soyuqdəymələr.
Sizdə sadaladığımız simptomlardan 3-4 varsa, bu orqanizminizdə vitamin və mineral çatışmazlığından xəbər verə bilər. Bu halda terapevtin müayinəsindən keçmək lazımdır. Lazım olduqda terapevt sizə vitamin-mineral kompleksi təyin edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.