Sağlamlıq

Ürək-əzələ toxuması yetişdirildi - İspanaqdan

29 Mart 2017 08:59
0 Şərh     Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Vuster Politexnik İnstitutunun bir qrup alimi ispanaq yarpaqlarından miokard əzələ toxumasının xassələrinə yaxın olan üzvi maddə əldə ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bitkinin kapillyar toru insanın ürək-damar sistemi kimi fəaliyyət göstərir.

Alimlər "bitki" miokard toxumasını əldə etmək üçün ispanaqdan bir sıra maddələri ixtisar edərək neytral sellülozlu kapillyarlar karkasını saxlayıblar. Alınmış karkasın gövdə hüceyrələri ilə emalı nəticəsində kiçik həcmdə mayeni özundən ötürmək qabiliyyətinə malik əzələ toxuması əldə edilib.

Mütəxəssislər ümid edirlər ki, bu yeni ixtira gələcəkdə süni orqanların yetişdirilməsi prosesində donor materiallarından istifadəni minimuma endirməyə imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.