Sağlamlıq

Rahat yatmaq üçün ÜSULLAR

22 Mart 2017 22:58
7 Şərh     Baxış: 3 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən yuxumuz sanki ərşə çəkilir saatlarla yata bilmirik, bəzən günlərlə, bəzən aylarla belə hallar çəkə bilir.

Milli.Az Fizulihuseynov.com-a istinadən xəbər verir ki, belə halların baş verməməsi üçün birinci növbədə həyatımızı qaydaya salmalıyıq ki, düzənli həyatda düzgün yata bilək.

Rahat yatmaq üçün nə etməli? Mən bir neçə üsul sayım hansı sizin üçün səmərəlidirsə, o üsuldan da istifadə edə bilərsiniz.
1. Axşam yatmazdan əvvəl 1 çay qaşığı çobanyastığı çiçəyi 1 stəkan süddə dəmləyib içə bilərsiniz;
2. Lavanda çiçəyi ilə qarabaş otu bitkisini bir-birinə qarışdırın, qarışıqdan 1 çay qaşığı 1 stəkan suda dəmləyib içə bilərsiniz;
3. Nanə və qavzaban hərəsindən 1 çay qaşığı 1 stəkan suda dəmləyib içə bilərsiniz;
4. Pişikotu ilə kəklikotunu bir-birinə qarışdırıb, qarışıqdan 1 çay qaşığı 1 stəkan suda dəmləyib içə bilərsiniz;
5. Ballınanə ilə damotu hərəsindən 1 çay qaşığı 1 stəkan suda dəmləyib içə bilərsiniz;
6. Əgər təzyiq qalxıb yata bilmirsinizsə 1 çay qaşığı yemişan meyvəsi, 1 çay qaşığı yemişan çiçəyi 1 stəkan suda dəmləyib içə bilərsiniz;
7. 1 stəkan südə 1 diş sarımsaq əzib qarışdırıb içmək yuxunu dərinləşdirir;
8. Yatmazdan əvvəl 1 çay qaşığı qarazirə yağı içmək yaxşı yuxu gətirir;
9. Öksəotu ilə xəşəmbül qarışımı, qarışıqdan 1 çay qaşığı 1 stəkan suda dəmləyib içə bilərsiniz;
10. Yatmazdan əvvəl tünd çay, kofe içmək yuxunu qaçırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.