Sağlamlıq

Bunu yatmazdan 3-4 saat əvvəl edin

22 Mart 2017 23:34
1 Şərh     Baxış: 4 427
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir elmi araşdırmalar göstərir ki, arıqlamaq istəyən insanın şam yeməyi yatmazdan ən azı 3-4 saat əvvəl olmalıdır.

Əgər aclıq sizi çox narahat edirsə, 1 stəkan kefir içə bilərsiniz. Effekti daha da gücləndirmək üçün kefirə bıçağın ucunda darçın əlavə edə bilərsiniz.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, günorta saat 12-yə qədər istənilən qidaları, hətta desertləri yeyə bilərsiniz. Bu vaxta qədər qəbul etdiyimiz kalorilər asanlıqla sərf olunur və artıq çəkinin yığılmasına səbəb olmur. Daha sonra isə qidaların kalori miqdarını azaldın, daha yüngül qidalara üstünlük verin.

Lifli qidalar (sıyıqlar, tərəvəzlər, paxlalar) tez bir zamanda toxluq hissi yaradır və bu hissi saxlayır. Yağı az olan ət növləri də arzuolunan məhsullardandır. Zülallar da insanı uzun müddət ərzində tox saxlayır və orqanizmdə piylərə çevrilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.