Sağlamlıq

Novruzda mədəyə verilən "bayram": Düzgün qidalanın! - VİDEO

20 Mart 2017 21:16
2 Şərh     Baxış: 3 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Növbənöv şirniyyatlar, ləziz yeməklər... Bayram süfrələrini bəzəyən təamlar damağımızı dadlandırsa da, sağlamlığımıza mənfi təsir göstərə bilər. Təbii ki, doğru qəbul edilmədikdə.

Mütəxəssislər deyirlər ki, bayrama bir neçə gün qalmışdan rejimlə qidalanmaq lazımdır ki, maddələr mübadiləsi sürətlənsin və orqanizm bayram günləri qəbul edəcəyi bol kaloriyə hazır olsun.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tez-tez yemək, yağlı yeməklərlə bərabər qazlı sulardan içmək tamamilə yanlışdır. Süfrədə yağlı yeməklərlə yanaşı, həzmi rahatlaşdıracaq göyərti və ağartı məhsulları da mütləq olmalıdır. Ağır yeməklərdən əvvəl belə yüngül qidalar və salatlar yeyilməlidir.

Novruz şirniyyatlarını da yeyərkən 2 dəfə düşünmək lazımdır. Düzgün qidalanmamaq mədə-bağırsaq xəstəliklərinə səbəb olmaqla yanağı, bir sıra fəsadlara da gətirib çıxara bilir.

Bayram yeməklərindən sonra çay süfrəsində də qara çay yox, yaşıl çay içməyə üstünlük verməlisiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Novruzda mədəyə verilən

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.