Sağlamlıq

Astiqmatizm. Səbəblər və müalicə - FOTO

17 Mart 2017 22:56
1 Şərh     Baxış: 1 763

Milli.Az saglamolun.az-a istinadən oftalmoloq - cərrah Aygün Nəbiyevanın yazısını təqdim edir.

Gözün refraktiv qüsurlarından biri olub yaxın və uzaq məsafəni dumanlı görməklə xarakterizə olunur.

Gözə düşən işıq şüaları gözün buynuz qişa, bullur, vitrus adlandırılan şüakeçirici mühitlərindən keçərək torlu qişa adlandırdığımız gözun daxili qatında fokuslanr. Astiqmatizm zamanı vahid  fokus nöqtəsi olmur və o uzdən həm yaxın, həm də uzaq görmə qarışıq, yayğın şəkildə olur.

Astiqmatizmin corneal və lentikulyar növləri vardır. Corneal astiqmatizm anadangəlmə olur və ya  sonradan yarana bilər. Anadangəlmə astiqmatizmdə buynuz qişa şəffaf olsa da asferik formada olur. Astiqmatizm yüksək dərəcədə olduqda göz tənbəlliyi yaranır.

Travmadan sonra buynuz qişada capıq əmələ gəldikdə, pterigium adlandırdığımız xəstəlik zamanı və keratokonus xəstəliyinin inkişafı zamanı ikincili astiqmatizm yaranır. Göz daxili büllurda baş verən dəyişikliklər zamanı lentikulyar astiqmatizm yaranır.

Astiqmatizm korreksiya edilməklə aradan qaldırılır. Müvəqqəti və daimi korreksiya mövcuddur.

Müvəqqəti korreksiya zamanı eynək ve kontakt linzalar təyin olunur. Daimi korreksiyanı isə eximer lazer vasitəsilə aparmaq mümkündür.

Buynuz qişanın göstəriciləri eximer lazerin aparılmasına uyğun gəlməzsə, o zaman göz içi linzalar refraktiv düzəltmə məqsədilə göz daxilinə yerləşdirilir.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    MiruMir · 18 Mart 01:2000

    Mende uzaq gormedir. Arada linza taxiram.Eynek sevmirem ...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.