Sağlamlıq

Sağlam olmaq istəyirsinizsə, əməl edin - 5 SADƏ MƏSLƏHƏT

27 Fevral 2017 23:03
3 Şərh     Baxış: 2 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaz mövsümü yaxınlaşdıqca qəfil hava dəyişikliyi yoluxucu xəstəliklərə də təsirini göstərir. Ancaq həyatınızda müəyyən dəyişikliklər edərək və sağlam vərdişlərə yiyələnərək, xəstəlikləri bədəninizdən tamamilə uzaqlaşdıra bilərsiniz. Milli.Az lent.az-a istinadən xəstəliklərdən qoruyan 5 məsləhət verir.

Bol qatıq yeyin
 
Səhər yeməyindən sonra bir kasa qatıq yeyin. Xüsusilə səhər saatlarında yeyilən qatıq, həzm sistemini canlandırır və bağırsaqlardakı zərərli bakteriyaların bədəndən atılmasına kömək olur. Gənc yaşlarından qatıq yeyən insanlar gələcəkdə menopauza dövründə yaranacaq sümük əriməsinə də mane olur.
 
Hərəkət edin
 
Hərəkətsiz qalmaq xəstələnməyinizə səbəb olur. Nə qədər aktiv və hərəkətli olsanız, immunitet sisteminiz də bir o qədər güclü olacaq.
 
Sarımsaq yeyin
 
Hər gecə yatmazdan əvvəl bir diş sarımsaq yeyin. Sarımsaq infeksiyalarla mübarizə aparmağa, qan təzyiqini tarazlıqda saxlamağa və xolesterol səviyyəsini nizamlamağa kömək olur. Aparılan araşdırmalara görə, hər gün bir diş sarımsaq yeyən insanlar yeməyənlərə nisbətən az xəstələnir.
 
Gözəllik yuxusu şərtdir
 
Vaxtınız olduqda günortalar yatmağa çalışın. Günorta yuxusu həm dəri, həm də sağlamlığa xeyirdir.
 
Soyuq su
 
İlıq və ya isti su ilə duş qəbul etdikdən sonra soyuq su ilə bədəninizi yaxalayın. Bu, qan dövranının artmasına kömək olacaq. Eyni zamanda, soyuq suyun altında bir neçə saniyə qalmaq immunitet sisteminin güclənməsini təmin edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.