Sağlamlıq

İmmuniteti gücləndirən PULSUZ VASİTƏ

20 Fevral 2017 23:34
3 Şərh     Baxış: 5 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qışın sonunda və yazın əvvəlində biz daha tez-tez soyuqdəymə və virus xəstəliklərinə tutuluruq.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunun əsas səbəbi soyuq fəsillərdə immun sisteminin zəifləməsidir.

Təbiət bizə immun sistemini möhkəmləndirmək üçün bir çox vasitələr bəxş edib. Sizə bu vasitələrdən birini təqdim edirik.
Şam ağacının iynəyarpaqları efir yağları, fitonsidlər, C vitamini ilə zəngindir. Bü maddələr immun sistemini gücləndirir, orqanizmə iltihab və mikrob əleyinə təsir edir.
Termosa 2 x.q. xırda doğranmış iynəyarpaqları (yol kənarlarında bitən ağaclardan yığmayın!) və üzərinə 2 stəkan isti su töküb axşamdan səhərə qədər dəmləyin. Səhər dəmləməni süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla qəbul edin. Dəmləmənin dadını yaxşılaşdımaq üçün ona limon və bal əlavə edin. Hazır dəmləməni soyuducuda saxlayın.
Bu vasitə həmçinin damarları möhkəmləndirir, sakitləşdirir, baş ağrıları azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.