Sağlamlıq

Sağlam olmaq istəyənlər bu məhsuldan imtina etsin

20 Fevral 2017 23:51
7 Şərh     Baxış: 8 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkər ən ziyanlı məhsullardan biri sayılır. Bir çox araşdırmalar göstərib ki, şəkərdən imtina insanın sağlamlığına müsbət təsir edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yaxınlarda Amerika alimləri bu mövzuda 700 nəfər insan iştiraki ilə yeni araşdırma aparıblar. Araşdırmada iştirak edənlər 9 gün ərzində şəkər qəbul etmirdi. Daha sonra onlar müayinə olunub. Məlum olub ki, hətta belə qısa müddət ərzində iştirakçıların qan təzyiqi və insulinin səviyyəsi  tənzimlənib, xolesterinin səviyyəsi azalıb.

Ekspertlər vaxtaşırı olaraq şəkərdən imtina etməyi tövsiyə edirlər.  Söhbət istənilən şirniyyatlardan, şirin qazlı içkilərdən, kolbasa-sosis (onların tərkibində də şəkər var) və s. məhsullardan gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.