Sağlamlıq

Yazı rahat keçirmək üçün hər gün bu MƏHSULU yeyin

17 Fevral 2017 22:44
1 Şərh     Baxış: 1 807

Qışın sonunda və yazın əvvəlində bir çox insanlar güclü yorğunlıq və zəiflik hiss edir, əsəbi və aqressiv olur, tez-tez depressiyalardan əziyyət çəkirlər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunun əsas səbəbi soyuq fəsillərdə vitamin, mineral və həmçinin gün işığının çatışmamazlığıdır.

Mütəxəssislərin fikrinə görə, belə vəziyyətdə şokoladın gündəlik qəbulu insanlara çox yaxşı kömək edə bilər.

Təbii şokolad çox faydalı məhsuldur. Şokolad orqanizmdə "xoşbəxtlik hormonu" olan serotoninin ifrazını artırır ki, bu insanın əhval-ruhiyyəsinə müsbət təsir edir, aqresiyanı və əsəbiliyi azaldır. Bundan əlavə şokolad əlavə enerji verir, orqanizmi tonuslaşdırır.

Xüsusi araşdırmalar göstərib ki, şokoladın gündəlik qəbulu ürək-damar və sinir sisteminə çox müsbət təsir edir, beyinin fəaliyyətini və yaddaşı gücləndirir, stressi azaldır.

Şokoladın gündəlik qəbulu qanda "pis" xolesterinin səviyyəsini aşağı salır, damarları möhkəmləndirir ki, bu da aterosklerozun inkişafından qoruyur. Ateroskleroz infark və insultun əsas səbəbidir.

Nəzərə almaq lazımdır ki, sadaladığımız faydalı xüsusiyyətlər yalnız təbii tünd şokolada (kakao 70%-dən az olmayaraq) məxsusdur.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Mən · 18 Fevral 01:5620

    Yaxşı şokaladı hardan tapasan.İçinə o qədər şey qatırlar ziyanı xeyrindən çoxdur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.