Sağlamlıq

Hər gün bir çiy yumurta içsəniz... - MÖCÜZƏVİ FAYDALARI

23 Yanvar 2017 23:22
1 Şərh     Baxış: 26 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yumurta ən faydalı qida məhsullarından biridir. Onun tərkibi dəmir, amin turşuları və antioksidantlarla zəngindir. Orqanizmin düzgün fəaliyyət göstərməsi üçün bədənimiz 11 əvəzolunmaz yağ turşuları istehsal edir, yumurtanın tərkibində isə bunlardan 9-u var.

Gündə bir yumurta yemək immun sistemini gücləndirir, stress və gərginliyi azaldır. Bəs çiy yumurtanın faydası nədir?

Milli.Az lent.az-a istinadən çiy yumurtanın faydalarını təqdim edir.

Qan azlığı
 
Yüksək miqdarda dəmir tərkibli çiy yumurta qan azlığına qarşı olduqca faydalıdır. Qan azlığı olanlar müntəzəm şəkildə çiy yumurta içsə, bu problemi azalar.
 
Sağlam dəri
 
Dəri səthində toplanmış ölü hüceyrələri təmizləmək sadəcə dərinin daha sağlam görünməsini təmin etməz, eyni zamanda sızanaq probleminin qarşısını alar.
 
Ürək problemi
 
Yumurta tərkibindəki vitamin və minerallar sayəsində ürək xəstəliklərinin qarşısını alır.
 
Pəhriz
 
Xüsusilə pəhriz saxlayanlar çiy  yumurtadan mütəmadi istifadə edə bilər. Çiy yumurta toxluq hissi yaradır.
 
Hamiləlik
 
Hamilələr də yumurtanın xeyrindən faydalanmalıdır. Yumurta körpənin ana bətnində inkişafı üçün olduqca faydalıdır.
 
Göz xəstəlikləri
 
Gözlərilə bağlı sıxıntısı olan şəxslər tez-tez yumurta yeməlidir, eyni zamanda göz xəstəlikləri üçün də qabaqlayıcı bir tədbir sayılır.
 
Beyin inkişafı
 
Beyin hüceyrələri və funksiyalarını inkişaf etdirərək, beynin inkişafını dəstəkləyir və beyin pərdələrinin sağlamlığını qoruyur.
 
Baxımlı saçlar
 
Saçlara çəkilən yumurta maskası saçın itirdiyi nəmi geri qazanmasına yardımçı olur. Yumurtanın tərkibindəki elementlər sayəsində saç qırılmalarının qarşısı alınır.
 
Sümük əriməsi
 
Qadınların xüsusilə menopauza ərəfəsində yaşadığı sümük əriməsi xəstəliyi üçün çox faydalıdır.
 
Xərçəng
 
Xərçəng hüceyrələri ilə mübariz apararaq, xərçəngin yaranmasının qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.