Sağlamlıq

"Ağıllı" saat xəstəlik barədə xəbərdarlıq edəcək

23 Yanvar 2017 08:33
0 Şərh     Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maykl Snayderin rəhbərlik etdiyi ABŞ-ın Stenford Universitetinin alimlər qrupunun fikrincə, "ağilli" sensorlarla təchiz edilmiş qola taxılan qadcet qan təzyiqi, nəbz və dəri hərarətini izləyən ötürücülər vasitəsiylə istifadəçinin xəstəliyinin əlamətlərini əvvəlcədən aşkar etməyə qadirdir.

Trend "www.hitech.vesti.ru" saytına istinadən məlumat verir ki, iki il ərzində 43 nəfər könüllü arasında sınaqdan keçirilmiş sözügedən qurğu vasitəsiylə alimlər ölçülər götürərək toplanmış məlumatları bu və ya digər hadisələrlə (səyahət, yuxu problemi, soyuqdəymə və s.) qarşılaşdırıblar. Nəticədə məlum olub ki, "ağıllı" qolbaq insan sağlamlığının ümumi vəziyyətini izləmək və ehtimal olunan patologiyaların qarşısını almaq qabiliyyətinə malikdir.

Hazırda Snayderin rəhbərlik etdiyi komanda xəstəliyi yüksək dəqiqliklə müəyyən edəcək alqoritmlərin işlənməsi ilə məşğuldur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.