Sağlamlıq

Yüksək hərarət insanı öldürə bilər?

11 Yanvar 2017 21:39
0 Şərh     Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən bədən hərarəti orqanizmə virus və ya bakteriya düşməsinə cavab olaraq qalxır. Lakin hərarət həmçinin qünvurma, istivurma, zəhərlənmə, allergiya, onkoloji xəstəlik zamanı da qalxa bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, hərarətin qalxması normal fizioloji prosesdir. Bu orqanizmin müdafiə mexanizmidir. Hərarət qalxdıqda orqanizmdə qan dövranı və mübadilə prosesləri sürətlənir ki, bunun nəticəsində immun sistemi daha fəal şəkildə işləməyə başlayır.

Digər tərəfdən hərarətin yüksəlməsi bakteriya və viruslar üçün əlverişli olmayan şərait yaradır - onların yayılması sürəti azalır, onlar daha tez məhv olurlar.  Bu səbəbdən həkimlər hərarəti yalnız 38,5 C qədər qalxdıqda salmağı tövsiyə edirlər. Bundan aşağı olan hərarəti salmaq hətta ziyanlı sayılır ki, bu immun sisteminin normal fəaliyyətini pozur, immuniteti zəiflədir.

Hərarətin yüksək rəqəmlərə qalxması (40-41,5) orqanizm üçün çox təhlükəlidir. Bu ürək-damar və sinir sistemində çox ciddi pozulmalara (beyin ödeminə və s. qədər) səbəb ola bilər.

Hərarət 42 C və bundan yuxarı yüksəldikdə orqanizmdə zülalların denaturasiya (qatılaşma) prosesi başlayır ki, nəticədə insan ölür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.