Sağlamlıq

Balıq yağının hamilə qadınlar üçün növbəti FAYDASI

4 Yanvar 2017 22:22
0 Şərh     Baxış: 9 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamiləlik zamanı balıq yağının faydası uşaqlarda astma xəstəliyin inkişafı riskini azaldır. Alimlər sübut edir ki, bu xüsusilə hamiləliyin son 3 ayına aiddir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Kopenhaqen Universiteti (Danimarka) alimləri 700 hamilə qadının iştirakı ilə elmi araşdırma aparıblar. Qadınların bir hissəsi hamiləliyin son üçaylığı ərzində hər gün 2,4 qr balıq yağı qəbul edirdi, digər hissəsi isə balıq yağı qəbul etmirdi.

Həkimlər 5 il ərzində doğulmuş uşaqların sağlamlığına, xüsusilə də nəfəsalma ilə bağlı olan problemlərin əmələ gəlməsinə nəzarət ediblər. Nəticədə məlum olub ki, hamiləlik zamanı balıq yağı qəbul edən anaların uşaqları bronxit, pnevmoniya və s. respirator xəstəliklərinə daha az hallarda tutulurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.