Sağlamlıq

Yeni irsi xəstəlik tapılıb

3 Yanvar 2017 12:23
0 Şərh     Baxış: 2 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapon və rus alimlər yeni irsi xəstəliyi tədqiq etməyə başlayıblar. 

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, Ammosov adına Şimal-Şərq Federal Universitetinin əməkdaşları Osaka Universitetindən olan alimlərlə birlikdə yeni irsi xəstəlik və ona "cavabdeh" olan gen aşkarlayıblar. 

Patologiya maddələr mübadiləsini pozur, nəticədə bütün orqanizm əziyyət çəkir, ürək, böyrəklər, hətta oynaq və dəri də sıradan çıxır. Üstəlik xəstəlik gənc yaşlarda ortaya çıxır.

Genin təsbit olunması işi hələ 2013-cü ildən başlayıb. Alimlər bildirirlər ki, tibbi ədəbiyyatda əvvəllər bu barədə məlumat olmayıb. 2017-ci ildə xəstəliklə bağlı araşdırmaların nəticələri mətbuatda dərc olunacaq. Həmçinin onun müalicəsi üçün araşdırmalar da davam etdiriləcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.