Sağlamlıq

Ürəyi, qaraciyəri, immuniteti möhkəmləndirən, arıqladan DƏMLƏMƏ

5 Dekabr 2016 22:28
4 Şərh     Baxış: 13 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sizə çox faydalı dəmləmənin reseptini təqdim edirik. Bu dəmləmə ürək və qaraciyər üçün çox faydalıdır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həmçinin dəmləmə mübadilə prosesləri, piylərin parçalanmasını sürətləndirir və bununla da arıqlamağa kömək edir.

Təqdim etdiyimiz dəmləmə immun sistemini möhkəmləndirir, soyuqdəymə və qripp xəstəliklərinin qarşısını alır.

Dəmləmənin inqrediyentləri orqanizmi ziyanlı maddələrdən təmizləyir, iltihabı azaldır, xolesterolun səviyyəsini aşağı salır, arterial təzyiqi tənzimləyir.

Dəmləməni hazırlamaq üçün axşamdan termosa 1 ovuc əzilmiş itburnu meyvələri, 1/3 çaya qaşığı darçın, 3-4 sm uzunluqda rəndələnmiş zəncəfil kökü tökün, üzərinə yarım litr isti su tökün , səhərə qədər dəmləyin. Səhər tənzifdən yaxşı süzün və gün ərzində çay kimi qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə bal əlavə edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.