Sağlamlıq

Çuğundur və soğan suyunu saçınıza sürtsəniz...- FOTO

26 Oktyabr 2016 23:05
0 Şərh     Baxış: 7 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saçların keyfiyyətsiz boyalarla rənglənməsi, kimyəvi əlavələrlə zəngin vasitələrlə burulması, düzləşdirilməsi, qeyri-sağlam qidalanma və ya sadəcə mövsümlə əlaqədar olaraq saçların tökülməsi prosesi daha da sürətləndirir.

Milli.Az publika.az-a istinadən saçları gurlaşdıran və sağlam edən maska reseptlərini təqdim edir.

Alma sirkəsi və ya düyü şərabı sirkəsi

Sirkə xüsusilə yağlı saçlarda saç tökülməsinin qarşısını alan ən yaxşı vasitədir. Eyni zamanda saç köklərində qan dövranını sürətləndirir. Su ilə qarışdırılmış sirkəni baş dərsinə masaj edərək çəkin və 10 dəqiqə sonra ilıq su ilə yaxalayın.

Yerkökü və hindqozu yağı südü

Yerkökü suyu və hindqozu yağını qarışdırın və saça çəkin. Bu, saçınızın sağlam və güclü qalmasına yardım edəcək.

Çuğundur

Təxminən 10 dəqiqə ərzində çuğundur kökünü qaynadın. Suyu soyudun və baş dərinizə tətbiq edin. Həftədə 2 və ya 3 dəfə saçınızı çuğundurla yaxalayın.

Soğan, sarımsaq və limon

Təzə sıxılmış soğan və ya sarımsaq suyunu baş dərisinə çəkin. 20 dəqiqə sonra qoxusunu yox etmək üçün limon suyu ilə yaxşıca yaxalayın. Ən sonda balzam və ya saç kremi istifadə edin.

Əzvay bitkisi

Yarpağından alınan jeleni bir kasa su ilə qarışdırın. Saç diblərinə və baş dərinizə masaj edərək çəkin. 10 dəqiqə sonra ilıq su ilə yaxalayın.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.