Sağlamlıq

Miqren ilə mübarizədə ən təsirli və təbii metodlar - FOTO

26 Oktyabr 2016 23:43
1 Şərh     Baxış: 4 690
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Statistikaya görə, insanların 60-70 faizi baş ağrılarından əziyyət çəkir. Baş ağrıları insanların əhval-ruhiyyəsi, hiss və emosiyaları, problemləri, fikirləri, rejimsiz qidalanmaları və digər faktorlarla bağlıdır.

Milli.Az publika.az-a istinadən bildirir ki, baş ağrısını təbii yollarla aradan qaldıran məsləhətləri təqdim edir.

Masaj

Rahatlanın və dairəvi hərəkətlərlə alnınızı masaj edin.

Sarımsaq

Sarımsaq suyunu 1 xörək qaşığı bal ilə qarışdırıb için. Bu, beyni və duyğularınızı yenidən canlandırıb ağrını azaldacaq.

Kartof

Gicgahlara 2 kartof dilimi qoyaraq 30 dəqiqə gözləyin.

Badam

Gündə 100 qram badam yemək dəhşətli baş ağrılarını azaldır. Buna səbəb isə badamın endorfin (həzz hormonları) istehsalına təkan verməsidir.

Kofein

Kofein damarları açan güclü vasitədir. Şəkərsiz bir stəkan tünd qəhvə miqreni rahatlaşdırır.

İsti və soyuq kompreslər

Qaranlıq səssiz bir otaqda dincəlin. Bir yerə uzanın və 15 dəqiqə ərzində alnınıza buz kompresi tətbiq edin. Yaxud da 10 dəqiqə ərzində başınızın ön hissəsinə isti və soyuq kompreslər qoyun. Bu, baş əzələləriniz zəifləməsinə və qan dövranınız artmasına yardımçı olur.

Banan qabığı

Qabığın üzərinə bir az spirt səpəndən sonra 30 dəqiqə alınıza sürtün. Banan qabığının toksinləri əmərək baş ağrısını təbii yollarla azaltdığı deyilir.

Çobanyastığı çayı

Rahatlatıcı təsiri ilə tanınan çobanyastığı əsrlərdir ki, şiddətli baş ağrısı və miqrenlə mübarizə aparmaq üçün istifadə edilir.

Nanə çayı

Nanə çayı ağırını azaldan, rahatlaşdırıcı təsir göstərən ən güclü sakitləşdiricidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.