Sağlamlıq

Suyu ayaqüstə içməyin! - Elmi və dini açıqlaması - FOTO

28 Sentyabr 2016 23:33
3 Şərh     Baxış: 5 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlıqdan bəri bir çoxumuz suyu ayaqüstə içdiyimiz üçün tənbehlənirik. Hətta peyğəmbərlərin bu mövzuda hədisləri var. Bunun səbəbi nədir? Niyə suyu ayaqüstə içmək olmaz? Milli.Az publika.az-a istinadən bu yazıda suyu ayaqüstə içməyin zərərlərinin elmi və dini açıqlamasını təqdim edir.

Dini yanaşma

Məhəmməd peyğəmbər öz hədislərində suyu oturaraq içməyi, həmçinin çox soyuq və çox isti su içməməyi məsləhət görüb. Sözün mahiyyətinə varanda suyu ayaqüstə içməyin sağlamlığa böyük təsirləri olduğunu görə bilərik. Bir hədisdə ayaqüstə su içməyin zərərləri bu şəkildə izah edilib: "Əgər ayaqüstə su içən kimsə mədəsinə verdiyi zərəri bilsəydi, içdiyi suyu şübhəsiz ki, qaytarardı".

Yenə həmin məsələ ilə əlaqədar başqa bir hədisdə deyilib: "Sizdən biriniz ayaq üstdə su içməsin. Hər kim bunu unudub ayaqüstə su içərsə, qusmağa çalışsın".

Elmi açıqlaması

İnsan mədəsinin ayaqüstə və oturaq vəziyyətdəki mövqeyi fərqlidir. Ayaqüstə duran insanın içdiyi su birbaşa onikibarmaq bağırsağına keçir. Suyu oturaq vəziyyətdə içdikdə bunlar əvvəlcə mədədə toplanır, turşuyla qarışaraq mikrobları ölür və bundan sonra onikibarmaq bağırsağına keçir. Oturaq vəziyyətdə su içən insan vəba da daxil olmaqla bir çox xəstəliklərdən qorunmuş olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.