Sağlamlıq

Bir həftədə 4 kilo arıqladan PƏHRİZ

24 Sentyabr 2016 18:25
1 Şərh     Baxış: 3 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəribə səslənə bilər. Amma bu pəhrizlə bir həftədə 4,5 kilo arıqlamaq mümkündür. Bu pəhrizi tutaraq orqanizminizdə B və C vitaminini də artıra ilərsiniz. Aile.lent.az bu sehrli pəhrizlə sizi də tanış edir.

1-ci gün: Meyvə
 
Banandan başqa istədiyiniz meyvəni yeyə bilərsiniz.
 
2-ci gün: Tərəvəz
 

Yeyə biləcəyiniz qədər təzə, çiy və ya bişmiş tərəvəz yeyin. Qarğıdalı, paxla kimi bərk tərəvəzlərdən uzaq durun. Amma bir yemək qaşığı kərə yağı ilə sobada bişirilmiş kartof yeyə bilərsiniz.
 
3-cü gün: Meyvə və tərəvəz
 
İlk iki günlə eyni proqrama davam edirsiniz, lakin bu gün kartof olmaz.
 
4-cü gün: Banan və süd məhsulları
 
Yeyə biləcəyiniz qədər (təxminən 8 dənə) banan yeyin və 8 stəkan süd üçün. (Qatıq da ola bilər)
 
5-ci gün: Toyuq və pomidor
 
Bütün gün toyuq, hinduşka və pomidor yeyə bilərsiniz. Amma yediyiniz hər pomidor üçün bir stəkan su içməyiniz əhəmiyyətlidir.
 
6-cı gün: Toyuq və tərəvəz
 
İstədiyiniz qədər toyuq və tərəvəz yeyə bilərsiniz. Amma yenə də kartof olmaz.
 
7-ci gün: Sehrli şorba
 
Ərzaqlar:
 
 - 4-5 ədəd təzə soğan
 - 2 parça kələm
 - 2 ədəd yaşıl bibər
 - 4 kasa doğranmış pomidor
 - 10 dənə doğranmış kərəviz
 
Hazırlanması:
 
Bütün ərzaqları doğrayın. Doğradığınız tərəvəzləri bir qazana tökün və hamısını qarışdırın. Qarışımın üstünə çıxana qədər su tökün. 10 dəqiqə qaynadın. Daha sonra az odda tərəvəzlər yumşalana qədər bişirin.
 
Qeyd: Bu cür pəhrizləri həkiminizə məsləhətləşmədən tətbiq etməyin. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.