Sağlamlıq

Ürəyi möhkəmləndirən ZƏFƏRAN SUYU - RESEPT

24 Avqust 2016 19:29
8 Şərh     Baxış: 3 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəfəran dünyada ən bahalı və nadir ədviyyat sayılır. 1 il ərzində bütün dünyada yalnız 200-300 ton zəfəran istehsal olunur. Ən yaxşı zəfəran Hindistan zəfəranı sayılır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, zəfəran bir çox xəstəliklər və pozulmalar (göz, sidik-cinsiyyət, ürək-damar, nəfəsalma sistemi xəstəlikləri və s.) zamanı müalicəvi vasitə kimi geniş istifadə olunur.

Zəfəran ürək üçün olduqca faydalıdır. Onun tərkibində "qlikozid" maddəsi var. Bu maddə ürəyin fəaliyyətini stimullaşdırır, yaxşılaşdırır, ürəyin sağlamlığını qoruyur.

Sizə ürəyi möhkəmləndirən zəfəran suyunun reseptini təqdim edirik:

Zəfəran üyüdülür, yarım çay qaşığı götürülür, üzərinə 1 stəkan qaynar su əlavə olunur. Zəfəran suyu hazırdır. Suyu tünd şüşədən olan kiçik butulkaya tökün və soyuducuda saxlayın.

Müalicəvi zəfəran suyunu gündə 2 dəfə yeməkdən əvvəl 1 x.q. olmaqla qəbul edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.