Sağlamlıq

Arıqlama xərçəngin inkişaf riskini azalda bilər

25 İyul 2016 23:15
8 Şərh     Baxış: 1 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlərin son tədqiqatları göstərib ki, arıqlama xərçənglə bağlı olan zülalların səviyyəsini azaltmağa kömək edir. AZƏRTAC "trkterra.ru" saytına istinadla xəbər verir ki, çəki itirmək müxtəlif onkoloji xəstəliklərə yoluxma riskini 20 faiz azaldır.

Bədən çəkisinin azalması bir çox xəstəliklərə, o cümlədən xərçəng və diabetə təsir göstərir. Barəsində söz açılan zülallar angiogenesisdə, yəni orqanizmdə yeni qan damarlarının yaranması prosesində iştirak edir. Bu da xərçəng hüceyrələrinin artmasında və çoxalmasında mühüm rol oynayır.

Mütəxəssislərin sözlərinə görə, VEGF, PAI-1 və PEDF zülalları qan damarlarının sayının artması ilə bağlıdır. Bədən çəkisinin azalması bu zülalların miqdarının azalmasından asılıdır. İnsanın çəkisi azaldıqca, bu zülalların da səviyyəsi aşağı düşür.

Bununla bərabər, ekspertlər xərçəngin meydana gəlməsinə məhz zülalların səbəb olmasına əmin deyillər. Ola bilsin ki, onlar sadəcə şişin inkişafı üçün əlverişli mühit yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.