Sağlamlıq

Bu qidaları birlikdə yemək olmaz! - FOTO

1 İyul 2016 21:54
31 Şərh     Baxış: 16 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox gözəl bilirik ki, müəyyən qidalar insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bəs bəzi faydalı məhsulları birlikdə yedikdə bunun bir çox fəsadlar yarada biləcəyi haqqında necə, eşitmişiniz? Əgər bu suala "yox" cavabı verirsinizsə, onda həmin qidalarla tanış olmaq zamanıdır.

Milli.Az publika.az-a istinadən bildirir ki, mədə üçün təhlükə törədə bilən qidaların siyahısını təqdim edir:

Birlikdə yeyildikdə orqanizm üçün təhlükə mənbəyi olan məhsulların siyahısı ilə tanış olduqdan sonra siz sağlam qidalanma prinsiplərinə doğru bir addım daha yaxın olursunuz.

1. Yeməklə birlikdə və ya yeməkdən dərhal sonra meyvə yemək

Meyvələr çox sürətlə həzm olunur və dərhal bağırsaqlara düşür. Amma yumşaq meyvə taxıl, ət və ya digər məhsullarla birləşdikdə, onlar həzm sistemində lazım olduğundan çox ləngiyir. Bu isə bağırsaq divarlarını dağıda və digər ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.

2. Heyvani zülal və nişasta

Heyvan mənşəli zülal və karbohidratlı qida məhsullarını birlikdə yemək çox zərərlidir. Həzm zamanı müxtəlif enzimlər bir-biri ilə toqquşur, qarında böyük diskomfort hissi və qaz yarada bilər. Odur ki, növbəti dəfə bu iki məhsulu birlikdə yemək istədikdə xoşagəlməz faktı yadınıza salın.

3. Sitrus və öskürək dərmanı

Öskürək dərmanı qəbul edirsiniz? Onda, təəssüf ki, sitrus meyvələrini bir müddətlik unutmaq lazım gələcək. Çünki onlar qarabasma və yuxusuzluğu da daxil olmaqla, digər mənfi təsirlərin yaranması ehtimalını artırır.

4. Pomidor və kartof

Pomidor ilə kartofun vəhdəti, daha dəqiq desək, karbohidratlarla ilə turş maddələrin birləşməsi bəzi xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Məsələn, düyü və kartof kimi nişastalı məhsullar, üstəgəl pomidor həzmi çətinləşdirərək mədədə ağırlıq yaradır.

5. Meyvə ilə yoqurt

Şirəli meyvələr və süd məhsulları olduqca pis nəticələrə gətirib çıxara bilər! Belə qida həzm yolunu doldurur və allergiya əlamətlərinin yaranmasına gətirib çıxarır. Əgər siz bir neçə meyvəni qarışdırsanız, onda bu əlamətlər daha tez və sürətlə peyda olacaq. Ona görə də, meyvə ilə yoqurtu ayrı-ayrılıqda yemək ən yaxşısıdır.


 
6. Çörək, dənli bitkilər və süd

Bir çoxunuza kifayət qədər qəribə görünsə də, çörək və dənli bitkilərin süd məhsulları ilə birlikdə istifadəsi məsləhət deyil. Dənli bitkilər və süd tez həzm olunan elementləri özündə birləşdirir. Bu isə bədəndə gərginlik əmələ gəlməsinə və qanda şəkərin səviyyəsinin qalxmasına səbəb olur. Belə səhər yeməyi mədəni tox saxlamır və ona gətirib çıxarır ki, siz bütün gün ərzində daim "zərərli" (şirniyyat) yemək istəyirsiniz.
 


7. Şərab və puddinq

Təəssüf ki, bu iki məhsulun kombinasiyası həzm prosesini çətinləşdirir. Alkoqol üzündən şirin desert yanlarda yığılır. Yəni, siz sürətlə kökəlməyə doğru gedirsiniz. Ən yaxşı alternativ kimi şərabı lifli tərəvəzlərlə içmək təklif olunur.
 


8. Burger və kartof qızartması

Bu iki məhsulun faydalı olmadığı hamıya məlumdur. Amma nə edəsən ki, bəzən özünə məhdudiyyət qoya bilmirsən. İstənilən halda, seçim sizindir. Təkcə onu yadınızda saxlayın ki, burgerlə kartof qızartması iltihab yarada bilər. Onların tərkibindəki yağ, konservantlar və bir çox zərərli kimyəvi maddələrsə qocalma prosesini sürətləndirir.


 
9. Bulka, piroq və meyvə şirəsi

Birincisi, belə səhər yeməyi mədədə çox sayda bakteriya yaradır. İkincisi, o, qanda şəkərin səviyyəsini yüksəldir. Üçüncüsü, səhər yeməyi əvəzinə bulka və meyvə şirəsi içmək enerji itkisinə səbəb olur. Dolayası ilə özünüzü gün ərzində yorğun və halsız hiss edəcəksiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.