Sağlamlıq

Qulaqları pambıq çubuqla təmizləməyin fəsadları - FOTO

1 İyul 2016 21:45
20 Şərh     Baxış: 4 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəziləri qulaqların tez-tez və mümkün qədər dərindən təmizlənməsinin lazım olduğu deyir. Sən demə, bu, belə deyil. Qulaqların yalnız görünən hissəsini və nəm pambıqla silmək lazımdır. Qulaqları təmizləyən zaman pambıqlı çubuğu daha dərinə aparmaq olmaz. 

Publika.az Rusiya mətbuatına istinadən pambıqlı çubuğun qulaqlara zərərlərini təqdim edir:
 
Çubuğu dərinə apardıqda, çirk daha da arxaya gedir və qulaq pərdəsində tıxanır. Bu isə eşitmə qabiliyyətinə mənfi təsir edir.

Əslində, qulaq çirki faydalıdır. O, qulağı müxtəlif bakteriya, göbələk  və həşəratlardan təmizləyir. Eləcə də qulaq kanalını nəmləndirir.

Bəs qulaqları necə təmizləməli? Onu heç cür təmizləmək lazım deyil. Əgər ehtiyac yaranarsa, həkimə getmək məsləhət görülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.