Sağlamlıq

İsti havada ürəyi qorumaq üçün BUNLARI YEYİN

27 İyun 2016 21:10
26 Şərh     Baxış: 5 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsti havada insanın ürək-damar sistemi güclü yükləmələrə məruz qalır. Məhz bu səbəbdən isti havada ürək tutmaların, inrarkt və insultun sayı xeyli artır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bəzi məhsullar var ki, bu məhsulların tez-tez qəbulu ürəyə isti havaya tab gətirməyə kömək edir. Bu məhsullar arasında:

- Ət, qaraciyər.
Bişmiş mal və toyuq əti və xüsusilə qaraciyər koenzim Q10 maddəsi ilə zəngindir. Bu maddə sağlam ürək və damarlar üçün olduqca vacibdir.
- Zeytun, küncüt yağı.
Bu yağlar da koenzim Q10 maddəsi ilə zəngindir.
- Ərik, ərik qurusu və ərik şirəsi.
Kaliumla olduqca zəngin olan ərik ürəyin normal fəaliyyətinə kömək edir.
- Qabıqda bişirilmiş kartof.
Kartof da kaliumla zəngindir.
- Pomidor.
Kalium və likopin maddəsi ilə zə
ngin olan pomidor ürək üçün ən faydalı məhsullardan biridir.
- Banan.
Ürəyin növbəti dostudur. Kaliumla zəngin olan banan ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır.
- Noxud, mərci, lobya.
Bu məhsullarda həm kalium, həm də koenzim Q10 maddəsi var.
- Keşyu, badam, araxis, fındıq, qoz, balqabaq tumları, küncüt.
Bu məhsullar koenzim Q10 və həmçinin maqneziumla zəngindir. Maqnezium və kalium ürəyin normal fəaliyyəti üçün ən vacib minerallardandır.
- İspanaq.
Bu göyərti ürək üçün ən faydalı məhsullardan biri sayılır. İspanağın tərkibində kalium, maqnezium, koenzim Q10 və digər ürək üçün faydalı maddələr var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.