Sağlamlıq

Ayaqlarda şişkinliyi azaldan dəmləmələr - RESEPTLƏR

27 İyun 2016 07:50
9 Şərh     Baxış: 4 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yayda bir çox insanlar axşama yaxın ayaqlarda əmələ gələn şişkinlikdən şikayətlənir.

Təbii ki, belə şişkinlik sizi tez-tez narahat edərsə, həkimə müraciət etmək lazımdır. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, belə şişkinliklər ürək-damar, böyrək, limfatik sistemi xəstəliklərinin, sümük və oynaq patologiyalarının əlaməti ola bilər.

Lakin bir çox hallarda belə şişkinlik hətta tam sağlam insanlarda vaxtaşırı olaraq əmələ gəlir. Bunun səbəbləri arasında:  həddindən çox mayenin qəbulu (bu xüsusilə yayda olur), ayaq üstə uzun müddət ərzində qalmaq, narahat ayaqqabı və s.
Sizə ayaqlarda şişkinliyi azaldan dəmləmlərin reseptlərini təqdim edirik:
1. 2 x.q xırda doğranmış təzə cəfəri 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənir, süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir.
2. 2 x.q. təzə və ya 1 x.q. qurudulmuş qarğıdalı saçaqları 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.
Bu dəmləmələr həmçinin orqanizmi yaxşı təmizləyir, arıqlamağa kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.