Sağlamlıq

Badımcan qabıqlarından təbii ürək dərmanı - RESEPT

24 İyun 2016 22:53
10 Şərh     Baxış: 4 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Badımcan qabıqları olduqca faydalı antioksidant maddələrlə (antosian, resveratrol, nasunin) zəngindir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində qoruyur.

Badımcan qabıqlarında olan antioksidantlar aterosklerozla mübarizədə ən yaxşı təbii vasitələrdən biridir. Ateroskleroz zamanı damarların daxilində xolesterin (yağa oxşayan maddə) yığılır. Nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Bu isə hipertoniya, stenokardiya, infarkt və s. ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.
Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə badımcan qabıqlarının dəmləməsi çox yaxşı kömək edə bilər. Bu dəmləmə aterosklerozun inkişafını ləngidir, hipertoniya zamanı yaxşı kömək edir.
Dəmləmənin hazırlanması:
1 orta ölçüdə badımcan soyulur, qabıqları doğranılır, axşamdan termosda 250 ml qaynar suda dəmlənilir, növbəti gün ərzində içilir. Dəmləməni 3-4 hissəyə bölün və qida qəbulundan 20 dəqiqə əvvəl için. Müalicə kursu - 1 ay. Sonra 1 ay fasilə verin və yenə təkrarlayın.
Bu dəmləmə həmçinin şəkərli diabetdən əziyyət çəkələrə də faydalıdır - qanda şəkərin səviyyəsini tənzimləyir.
Bundan əlavə bu dəmləmə orqanizmə şişəleyhinə təsir edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.