Sağlamlıq

Bağırsaqları təmizləyib, arıqladan iki ən asan metod

31 May 2016 07:27
4 Şərh     Baxış: 7 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bağırsaqlarda şlakların yığılması insanda narahatlıq yaradır. Xüsusilə qadınların yoğun bağırsağı qida, iqlim dəyişikliklərinə reaksiya verir. Çünki yoğun bağırsaq çox həssas orqandır, orqanizm daxilində baş verən istənilən dəyişikliklərə reaksiya verə bilər.

Milli.Az axşam.az-a istinadən zərif cinsin nümayəndələrinə bağırsaqları sanki yuyub təmizləyən 2 maraqlı resepti təqdim edir. Əslində bu reseptdən kişilər də istifadə edə bilər. Sadəcə xanımlar qarnı əridən metodlardan geniş istifadə etdikləri, düz və  hamar qarına sahib olmağa çox çalışdıqları üçün bu reseptləri daha həvəslə tətbiq edirlər. 

Beləliklə, sizlərə bağırsaq üçün iki maraqlı resept təqdim edirik. Yazılanlara inansaq, birinci reseptlə hətta aya 11 kq arıqlamaq mümkündür. Bu tərz qidalanmanın müsbət tərəfi odur ki, onun sayəsində üzün rəngi açılır, canlanır, tərkibindəki B qrup vitaminləri isə saçların tökülməsinin, dırnaqların qırılmasının qarşısını alır.

Bağırsaq üçün birinci qidanın resepti aşağıdakı kimidir:

Yulaf lopası - 5 xörək qaşığı
Su - 5 xörək qaşığı
Süd - 1 çay qaşıq və ya 1 çay qaşığı qaymaq
Bal 1 çay qaşığı
Qoz  - 5 ədəd

Hazırlanması:

Axşamdan 5 xörək qaşığı yulafı 5 xörək qaşığı qaynadılmış soyuq suda isladın. Səhər tezdən ona 1 xörək qaşığı süd və ya 1 çay qaşığı qaymaq, 1 çay qaşığı bal və 5 ədəd qoz və ya fındıq ləpəsi əlavə edin. Bütün bunları yaxşıca qarışdırın və yeyin. 
Üç saat ərzində heç nə yeməyin, içməyin.

İkinci reseptin də təsiri eynidir. 

Kefir və qarabaşaq unu bağırsaqları təmizləyir, maddələr mübadiləsinin və mədəaltı vəzinin fəaliyyətini normallaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Həqiqətən də əsl müalicə vasitəsidir!

Bir xörək qaşığı qarabaşağı qəhvəüyüdəndə üyüdüb un halına salın, onu bir stəkan kefirə əlavə edib soyuducuya qoyun. Səhər yeməkdən yarım saat əvvəl şəfaverici vasitəni için. Müalicə kursu - 14 sutkadır.

Bu reseptləri səhər və ya axşam istifadə edən və qidalanmasına bir qədər diqqət yetirənlər 5-10 kilo arıqlayacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.