Sağlamlıq

Dəri hüceyrələrini yeniləyən kokteyl RESEPTLƏRİ

30 May 2016 18:17
0 Şərh     Baxış: 4 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smuzi qida dəyəri yüksək, sağlamlığa faydalı içkiyə deyilir. O, müxtəlif bitkilərdən, meyvə-tərəvəzlərdən hazırlanan qatı kokteyldir. Smuzi yüksək lif, minerallar və vitaminlər ehtiva edir, xüsusilə də həzm sistemi üçün çox faydalıdır. İsti havalarda smuziyə buz əlavə edərək sərinləşdirici kimi də içilir. Çox yüngül və doydurucu olan smuzi tərkibindəki zəngin antioksidantlar sayəsində dəri hüceyrələrini yeniləyir.

Milli.Az publika.az-a istinadən bir neçə smuzi reseptini təqdim edir:
 
Çuğundurlu və giləmeyvəli smuzi (qatı kokteyl)
1 porsiyası:  297 kalori, 5 qram yağ, 57 qram karbohidrat, 6 qram lif, 41 qram şəkər, 8 qram zülal ehtiva edir.
 
Ərzaq:
2 yemək qaşığı qatıq
1/2 stəkan təzə sıxılmış portağal suyu
1 kasa dondurulmuş və ya təzə giləmeyvə
2 yemək qaşığı yulaf əzməsi
1/2 çuğundur (50 qram)
1 çay qaşığı bal
2-3 buz qəlibi
 
Hazırlanması:
Çuğunduru çiy, ya da yarıbişmiş halda istifadə etmək olar. Bütün ərzaqları blenderdən keçirin. Bu içkini çox saxlamaq olmaz. Ümumiyyətlə, smuzi hazırlanan kimi içilməlidir.
 
Tropik kokteyl
1 porsiyası: 140 kalori, 0,6 qram yağ, 34,8 qram karbohidrat, 3,6 qram lif, 22 qram şəkər, 2 qram zülal ehtiva edir.
 
Ərzaq: (2 porsiya)
1 ədəd banan
1/2 stəkan təzə sıxılmış portağal suyu
1/2 kasa doğranmış ananas
1/2 stəkan hindqozu suyu
1 çay qaşığı cökə çay
Təzə nanə
 
Hazırlanması:
Bütün ərzaqlar püre halına gələnə qədər yaxşıca qarışdırın. Nanə yarpaqları ilə bəzəyib için. Sarı rəng vermək və ya qida dəyərini artırmaq üçün qarışığa bir çay qaşığı sarıkök də əlavə edə bilərsiniz.
 
Kivili və moruqlu smuzi

1 porsiyası: 198 kalori, 2 qram yağ, 43 qram karbohidrat, 5,8 qram lif, 32 qram şəkər, 4,4 qram zülal ehtiva edir.
 
Ərzaq: (3 porsiya)
2 ədəd kivi
1 stəkan təzə və ya dondurulmuş moruq
1 stəkan təzə sıxılmış portağal suyu
1 stəkan soya südü
2 çay qaşığı çia toxumu
 
Hazırlanması:
Kivinin qabığını soyub, 4 yerə bölüb bütün ərzaqlarla birlikdə  blenderdən keçirin. Moruq dənələri ilə bəzəyib təzə halda için.
 
Qırmızı bibər, yerkökü və pomidor kokteyli
1 porsiyası: 59 kalori, 0,6 qram yağ, 11 qram karbohidrat, 3,3 qram lif, 7,3 qram şəkər, 1,8 qram zülal ehtiva edir.
 
Ərzaq:  (1 porsiya)
1 ədəd orta boy yerkökü
1/3 qırmızı bibər
1 ədəd pomidor
1/2 limonun suyu
 
Hazırlanması:
Limon istisna olmaqla bütün ərzaqları kobud şəkildə doğrayıb blenderdən keçirin. Limonu sıxıb üzərinə tökün. Əgər acı bibər sevirsinzisə, üzərinə  acı qırmızı bibər, ya da acı sous əlavə edə bilərsiniz.
 
Ədviyyatlı yaşıl smuzi
1 porsiyası: 148 kalori, 0,7 qram yağ, 35 qram karbohidrat, 8 qram lif, 22 qram şəkər, 4 qram zülal ehtiva edir.
 
Ərzaq:  (2 porsiya)
1 ədəd yaşıl alma
1 ədəd portağal
1/2 xiyar
1 kiçik limon
1 fındıq dənəsi qədər zəncəfil
1 ovuc təzə yaşıl noxud
1 stəkan su
 
Hazırlanması:
Almanı iki yerə bölüb tumunu çıxarın. Zəncəfil, portağal və limonun qabığını soyun. Blenderə əvvəlcə suyu tökün. Daha sonra üzərinə digər ərzağı əlavə edin və blenderdən keçirin. Qatı hala gələndə stəkanlara boşaldıb için.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.