Sağlamlıq

Ayaqlarda döyənək, göbələk, daban mahmızı - Təbii çarələr

29 May 2016 22:49
10 Şərh     Baxış: 19 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Döyənək: Əgər ayaqlarınızda döyənək (mazol) varsa sintetik sirkə (uksus) ilə unu qarışdırıb xəmir formasına salıb döyənəyin üstünə qoyun, 2-3 dəfədən sonra döyənək düşəcəkdir.

Daban mahmızı: Bu zaman ağrıdan ayaqları aşağı basmaq olmur. Təzə gicitkəni əzib mahmızın üzərinə qoyun, bir müddət bunu mahmız sağalana qədər edin.

Göbələk: Ayaq barmaqlarınızda göbələk varsa, təbii alma sirkəsi ilə gündə iki dəfə ayaqlarınızı silin, sonra ayaqlarınızı yumayın. Milli.Az fizulihuseynov.com-a istinadən bildirir ki, ayaqlarınız tam sağalsa da buna davam edin, çünki göbələk sporları gec məhv olur.

Ayaq qoxusu: Bəzi insanların ayaq qoxusu normal insanlarla müqayisədə daha çox olur. Bunun səbəbi ayaqların çox tərləməsidir. Bunun üçün 50 qram adaçayı bitkisini 500 qram suda 15 dəqiqə dəmləyib ayaqlarınızı gündə iki dəfə vanna edin.

Ziyil: Ziyil üçün yaxşı vasitələrdən biri ziyilin üstünə əncir südü tökməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.