Sağlamlıq

Bəyaz dişlərin düşmənləri

29 May 2016 17:30
3 Şərh     Baxış: 2 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dişlərinizi hər gün fırçalasanız da, onlar reklamlardakı kimi ağappaq görünmür? Bunun səbəbi gün ərzində qəbul edilən içki və qidaların bir çoxunun dişlərə zərər verməsidir.

Dişlərinizin sağlamlığı üçün publika.az-ın təqdim etdiyi aşağıdakı içki və qidalarla ehtiyatlı olun.
 
Limonad
 
İsti günlərdə ən çox sevilən içki olan limonad dişlərin düşmənidir. Limonadın tərkibindəki turşular və şəkər diş minasına zərər verir.
 
Şərab

 
Qırmızı şərab da dişləri saraldan içkilər sırasındadır. Onun qədər zərərli olmasa da, ağ şərab da dişə zərər verir. Şərab bəzi qidalarla birgə qəbul edildikdə dişlər üçün əsl təhlükə mənbəyinə çevrilir. Məsələn, yeməkdən öncə 2 qədəh ağ şərab içib daha sonra pomidor sousu ilə makaron yesəniz, dişlərinizdə ləkə yarana bilər.
 
Yaşıl çay
 
Orqanizm üçün çox faydalı olan yaşıl çay, təəssüf ki, dişlərə ziyan vurur. Ancaq bu baxımdan adi çay da ən az yaşıl çay qədər zərərli hesab edilir. Ona görə də, çay içdikdən sonrakı 30 dəqiqə ərzində dişlər mütləq fırçalanmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.