Sağlamlıq

Gözəl və ehtiraslı qadınların "Kəpənək" sevdası - PƏHRİZ

27 May 2016 23:49
3 Şərh     Baxış: 1 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınları "Kəpənəy"ə bənzəməyə vadar edən nədir?

İtaliyada aparılan araşdırmalara görə, 45 yaşadək qadınlar arasında "Kəpənək" pəhrizi çox məşhurdur. 

Belə ki, ehtiraslı baxışları və qarabuğdayı dəri rəngləri ilə tanınan Milanın hər 5 sakinindən biri həyatlarında bir dəfə də olsa, bu pəhrizi saxlayıblar. Səbəbi isə çox sadədir: bu pəhrizi saxlayan özünü kəpənək kimi yüngül hiss edir, ilk  həftədə həddən ziyadə kök insanlar 7 kiloya qədər arıqlayırlar. Bu yüngüllük əlbəttə ki, ovqata müsbət təsir edir, əhval-ruhiyyəni də yüksəldir.

Axşam.az xarici mətbuata istinadən "Kəpənək" pəhrizinin reseptini təqdim edir:

Beləliklə, 6 günlük qida planı belədir:

I  gün

Səhər yeməyi - 70 qram buğda, bişirilmiş və ya qaynadılmış mal əti və 2  pomidor

Nahar - 10 ədəd suda bişirilmiş quşqonmaz lobya və 8 zeytun

Şam yeməyi -  1 ədəd kahı, 3 ədəd bolqar bibəri, üzərinə iki damcı limon, 1 qaşıq zeytun yağı tökün

II gün

Səhər yeməyi - 2 şirin portağal və ya şaftalı

Nahar - 70 qram qızardılmış toyuq filesi, 4 ədəd kahı yarpağı, 3 xörək qaşığı döyülmüş parmezan pendiri

Şam yeməyi - bir ovuc badam, 1 qırmızı alma

III gün 

Səhər yeməyi - 150 qram sevdiyiniz giləmeyvə

Nahar - Meyvə salatı.  Onun tərkibi belədir: kivi, alma və armud, portağal şirəsi

Şam yeməyi - 50 qram qızardılmış  və ya sobada  bişirilmiş ağ balıq

IV gün

Səhər yeməyi - 2 ədəd qoz, 1 salxım qara üzüm

Nahar - bərk buğda sortlarından istehsal edilmiş spagetti,  bir xörək qaşığı tomat pastası

Şam yeməyi - 80 qram qaynadılmış mal əti, 2 xiyar.

V gün

Səhər yeməyi - bir ovuc badam, təbii yoqurt

Nahar - buğda bibər, pomidor və cəfəri ilə bişirilmiş mal əti
 
Şam yeməyi - naharda olan xörəkdən bir boşqab

VI gün

Səhər yeməyi - 1 stəkan portağal şirəsi.
 
Nahar - 70 qram suda bişirilmiş düyü, toyuq yumurtası.

Şam yeməyi - bir ananasın yarısı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.