Sağlamlıq

Doğuş zamanı daha bir ölüm - Həkimlər ittiham edilir - VİDEO

26 May 2016 19:41
6 Şərh     Baxış: 3 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki Regional Perinatal Mərkəzində daha bir körpə həyatını itirib.

Həftə ərzində isə bu yaşanan ikinci belə haldır. Yenicə ana olan Qəbələ sakini Həşimova Günayın sevinci göz yaşları ilə əvəz olub. Körpəsinin dünyaya gəlməsinə sevinə bilməyib. Onlar uşağın ölümündə həkimləri günahlandırır.

Milli.Az Region TV-yə istinadın xəbər verir ki, körpənin ölü doğulması və ananın ağır durumu ailə üzvlərini həkimlərdən şikayətçi salıb.



Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəstə mərkəzə gətirildikdə vəziyyəti ağır olub və yalnız ananı xilas etmək mümkün olub.

Bir həftə öncə Şəhər Regional Perinatal mərkəzində daha bir körpə də həyatını itirib. Şəki sakini Allahverdiyeva Azadə Ramiz qızının ilk övladı vəfat edib.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Doğuş zamanı daha bir ölüm - Həkimlər ittiham edilir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.