Sağlamlıq

Gilasın faydalı və müalicəvi xüsusiyyətləri

25 May 2016 23:18
13 Şərh     Baxış: 6 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gilas ən dadlı və faydalı giləmeyvələrdən biridir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, gilas vitaminlər (A, B1, B2, PP), pektinlər, orqanik turşular, flavonoidlər, minerallar (ftor, kalisum, maqnezium, dəmir, yod, mis, fosfor) və s. faydalı maddələrlə zəngindir.

Gilasın faydalı və müalicəvi xüsusiyyətləri arasında:
- immun sistemini möhkəmləndirir
- qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır
- damarların sağlamlığına müsbət təsir edir - damarların divarlarını möhkəmləndirir, trombların əmələ gəlməsinin qarşısını alır
- arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini yaxşılaşdırır
- oynaq xəstəlikləri zamanı (artrit, podaqra, revmatizm) faydalıdır - ağrıları və iltihabı azaldır
- qanda xolesterinin səviyyəsini aşağı salır
- sidikqovucu təsirə malikdir, böyrəkləri təmizləyir
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir
- güclü antioksidant maddələrlə (polifenollar) zəngindir. Antioksidant maddələr orqanizmi qocalmaqdan və dağılmaqdan qoruyur, xərçəngin qarşısını alır, ziyanlı maddələrdən təmizləyir.
- aclığı azaldır və arıqlamağa kömək edir
- kosmetologiyada müxtəlif maskaların tərkibində istifadə olunur. Dərini cavanlaşdırır, ağardır, daha dartılmış və elastik edir.
Tünd qırmızı gilas ağ gilasdan daha faydalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.