Sağlamlıq

Qəhvə masajı ilə sellülitlərə son!

23 May 2016 19:35
0 Şərh     Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox faydası olan qəhvədən sellülitin həlli üçün də istifadə edə bilərsiz. Amma necə? Milli.Az aile.lent.az-a istinadən qəhvə ilə sellülitdən qurtulma yollarını təqdim edir.

1. Kətan toxumu yağı, novruzgülü yağı, zeytun yağı, bir az çəkilmiş qəhvə tozunu qarışdırıb sellülitli bölgənizə sürtün.

2. 1 yemək qaşığı kremi və 2 xörək qaşığı süzülmüş qəhvəni bir-birinə qarışdırın. Qarışımdan istifadə etmədən əvvəl ilıq suyla duş qəbul edin. İlıq su qan dövranını yaxşılaşdıracaq. Duşdan çıxdıqdan sonra bədəninizi qurulayıb qarışımı sellülitli bölgənizə sürtün və barmaq ucları ilə ovalayın. Sonra həmin bölgəni streç sellofanla sarıyın. Yarım saat saxladıqdan sonra ilıq suyla yuyun.

3. 1 qəhvə fincanı küncüt yağı, 4 ədəd döyülmüş aspirin, 4 ədəd limon suyu, 1 xörək qaşığı nanə yağı, 1 xörək qaşığı bibəriyə yağı, 1 çay qaşığı kəklikotu, ½ fincan türk qəhvəsi. Bunları geniş qabda qarışdırıb təmiz dərinizə masaj edərək tətbiq edin. Bir az saxladıqdan sonra ilıq suyla durulayın. Həftədə bir dəfə tətbiq edə bilərsiniz. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.