Sağlamlıq

Üzü 10 yaş gəncləşdirən MASKA

23 May 2016 20:32
6 Şərh     Baxış: 9 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düyü lineolik turşu və skualen baxımından olduqca zəngin bir qaynaqdır. Lineolik turşu dərinizi qoruyan turşudur və azaldığında dəridə quruma, qızartı, qırışlar peyda olur. Skualen isə dərini dərindən nəmləndirən, qidalandıran bir maddədir və dərini günəşin əks təsirlərindən qoruyur. Bundan başqa düyü dəridə kollagen prosesini sürətləndirən təsirə də malikdir.

Yapon qadınlarının həmişə faydalandığı, Avropa qadınlarının isə yeni kəşf etdiyi düyü maskaları dərinizin qısa zamanda yenilənməsi və gəncləşməsini təmin edir. Biz də buna görə bu düyü maskaları sırasında ən effektlisini sizinlə paylaşmaq istədik. Aile.lent.az-ın təqdim etdiyi bu maska dərinizdəki qırışları yumşaldacaq və dərinizi parıldadacaq.

Ərzaqlar:

3 çay qaşığı düyü

1 yemək qaşığı süd

1 yemək qaşığı bal

Düyünü qaynatdıqdan sonra suyunu süzün və düyüləri ayırdıqdan sonra suyunu bir kənarda saxlayın. Südü azca isidərək düyüyə əlavə edin. Qarışımı yaxşıca qarışdırdıqdan sonra balı da əlavə edin. Quru və təmiz dərinizə bu maskanı sürtün.

10-15 dəqiqə sonra maskanı kənarda saxladığınız düyünün suyu ilə yuyun. Həftədə bir dəfə tətbiq edin. 2 ay içində dərinizin 10 yaş gəncləşdiyini hiss edəcəksiniz. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.